Çatdırılma

Çatdırılma

Çatdırılma Məlumatları

Proses necə həyata keçirilir?

Çatdırılma prosesi necə olur?

Çox asan. Xoşunuza gələn stikeri sifariş edirsiniz. Sifariş barədə bizə bildiriş gəlir. Saytın menecerlərindən biri sizinlə əlaqə saxlayır, dəqiqləşdirmə aparıb sizin istəyinizlə bağlı sualları verir.

Əksər hallarda 3 iş günü ərzində sizin sifarişiniz çatdırılır..

Hər hansı bir problem olarsa, bizimlə: e-mail, telefon, Facebook vasitəsilə bizimlə əlaqə saxlayın.

Çatdırılacaq ünvanlar

Çatdırılma haraya olur?

Yerləşmə mövqeyindən və sifarişin ümumi həcmindən asılı olaraq çatdırılma şərtləri dəyişir.

Bakı şəhəri daxilində çatdırılma pulsuzdur.

Ümumi məbləği 10 AZN-dən az olan sifarişlərdə çatdırılma öncədən qərarlaşdırılmış pick-up stansiyalarımızda baş tutur və ödənişsizdir.
Ümumi məbləği 10 AZN-dən artıq stiker sifariş verənlər üçün isə şəhər daxili istənilən ünvana çatdırılma ödənişsizdir.

Abşeron kəndləri və Sumqayıt ərazisində çatdırılma üçün əlavə xərc tələb olunur. (Ünvandan asılı olaraq 5-15 AZN)

Hazırda regionlara çatdırılma bizim tərəfimizdən həyata keçirilmir. Amma, sifarişdən asılı olaraq bölgələrə məhsul çatdırılması mümkündür. Bunun üçün bizimlə əlaqə saxlamaq və detalları dəqiqləşdirmək lazımdır.

Qeyd: ömrü boyu asfalt üzü görməmiş, ilan mələyən, infrastrukturu olmayan yerlərə (hətta Bakının özündə belə) çatdırılma həyata keçirilməyə bilər ☺ Belə problemlərlə üzləşməmək üçün əvvəlcədən dəqiqləşdirmə aparılmalıdır. Metro stansiyalarının yaxınlığında yerləşən ünvanlara sfiarişlər daha tez çatdırılır.

Çatdırılma ünvanında binanın mərtəbələrinin sayı 6-dan çoxdursa, liftin olması vacibdir. Bizə zülm verməyin ☺

Çatdırılma vaxtı

Çatdırılma 2-5 iş günü ərzində həyata keçirilir.

Ümumiyyətlə çatdırılma vaxtı 10.00- 20.00 arası olur. Vaxtından əvvəl yaxud gec çatdırılma ilə bağlı detallar sifariş telefonla təsdiq edilərkən dəqiqləşdirilir.

Ödəmə metodları

Ödəməni necə həyata keçirtmək mümkündür?

Biz hazırda 1 növ ödəmə qəbul edirik:

  • Nağd ödəmə

Bir neçə həftə içərisində sizlər üçün online olaraq kredit və ya debit kartları ilə ödəniş etmək imkanı da yaradılacaq.

 

Zəmanət/geri qaytarma

Zəmanət və geri qaytarılma

Stiker.az platformasında satılan stikerlər keyfiyyətli kağızda çap edilir və suya, cırılmağa qarşı davamlıdır. Təbii ki bu stikeri duş kabininə yapışdırsanız biraz sual oluna biləcək bir məqamdır. Lakin biz müştərilərimizə istəklərinə uyğun oalraq ən keyfiyyətli məhsulları təhvil verməyə çalışarıq.

Əgər satın aldığınız stikerdə hər hansı bir problem aşkar etsəniz və ya keyfiyyətsiz (zay) stiker aşkar etsəniz məhsul alındığı tarixdən sonrakı 14 gün ərzində eyni məhsulun yenisi ilə əvəz edə bilərsiniz.

Yuxarı

Xoşgəldiniz Stiker.az